Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi

0

  •         12.06.2018-ci l tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi.
            Tədbirdə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diaspor sektorunun müdiri Qafar Əliyev, Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, hüquq-mühafizə işçiləri, müəssisə, idarə rəhbərləri, rayon ziyalıları və məktəb şagirdləri iştirak etdilər.
            Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət etdilər. Ulu öndərin büstü önünə ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər. 
            Xocalı rayon Mədəniyyət evində davam edən tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
            Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 15 iyun tarixi Azərbaycan tarixində böyük siyasi əhəmiyyət daşıyan gündür. Bu tarixin yaradıcısı məhz Azərbaycanın hərtərəfli inkişafında müstəsna rol oynayan, hər zaman xalqımıza dayaq olan Ulu öndər Heydər Əlirza oğlu Əliyev olmuşdur. Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdiyi ilk illərdə ölkəmizdə siyasi-iqtisadi vəziyyət olduqca gərgin idi. Ölkədə özbaşınalıq, hərc-mərclik baş alıb getdiyi bir zamanda xalq təkidlə Heydər Əliyevi yenidən Azərbaycana rəhbərlik etməyə çağırdı. Ziyalı kütlə ölkədə hökm sürən siyasi gərginliyin aradan qaldırılmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü. Ümummilli liderin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar olundu.        Sonra məruzə ilə söz Xocalı rayon Əli Kərim adına Başkənd kənd tam orta məktəbinin Azərbaycan dli və ədəbiyyat müəllimi Sevda Məmmədovaya verildi. Sevda Məmmədova çıxışında 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra respublikamızın həaytında ictimai-siyasi proseslərdən iqtisadi islahatlardan danışdı. Ölkəmizin müstəqlliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiya proseslərinin hazırki möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslandığını qeyd etdi. Bildirdi ki, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı getdikcə daha kəskin xarakter alırdı. 1993-cü il iyun ayının 15-də xalqın xahiş və tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır. 
            "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüş, uzun illər Xocalı MRX-da baş həkim vəzifəsində çalışmış Məmməd Nağıyev Ulu öndərin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin inkişafına göstərdiyi xidmətlərdən, həkim əməyinin yüksək qiymətləndirməsindən danışdı. Ulu öndərimizin fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildiyi üçün xoşbəxt insan olduğunu dilə gətirdi. 
             1988-ci ildə Moskvada Respublikamızın daimi nümayəndəliyində ilk dəfə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi təklifini verən, Xocalı faciəsindən sonra mart ayının 2-də Ağdam şəhərində Xalq Cəbhəsi binasının qarşısında   təşkil olunan mitinqdə "Azərbaycanı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər. Əgər Azərbaycan xalqı özündə iradə tapıb Heydər Əliyevi hakimiyyətə gətirməsə, Laçın və Şuşa işğal olunacaq" şüarlarını səsləndirən Şükür Bəşirov çıxışında həmin illər ölkədəki siyasi - iqtisadi böhrandan məlumat verdi. 1997-ci ilin iyun ayının 17-də Ulu öndərlə görüşünün təəssüratlarını qürur və fəxr hissi ilə danışdı.  
            Daha sonra Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diaspor sektorunun müdiri Qafar Əliyev çıxış etdi. O, çıxışında bildirdi ki, Xocalı rayonunda keçirilən tədbir öz səmimiliyinə və inandırıcılığına görə fərqlənir. Ona görə ki, bu tədbirin təşkilatçıları və iştirakçıları qeyrətli, qəhrəman Xocalı sakinləridir.
            Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni idarəçilik sistemi yaradıldı. Qurtuluşla bütün bəlalardan xilas olduq və Azərbaycan dövləti düzgün məcraya, dövlətçilik xəttinə düşdü. 
            Yekun olaraq çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov ikinci müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz və bacarıqsız insanların rəhbərlik etdiyini vurğuladı. Xocalılar dörd yandan mühasirəyə alınanda zənn etdilər ki, hökümət kömək əli uzadacaq. Ancaq Xocalıya heç bir kömək gəlmədi.
            Xocalı soyqrımının beynəlxalq müstəvidə tanıdılmasında ilk əməli təşəbbüs Heydər Əliyevin adı ilə bağlıdır. 
            Milli Qurtuluş Günü Ramazan bayramı ilə eyni günə düşdüyünə görə iki bayramı gününü birlikdə qeyd edirik. 
            Biz hər zaman Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevlə fəxr edirik. İnanırıq ki, artıq Xocalıya qayıtmaq vaxtıdır. 
            Tədbir diskussiya şəklində davam etdirildi. Tədbir iştirakçıları Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı onları maraqlandıran sualları, həmçinin dahi şəxsiyyət haqqında olan xatirələri paylaşmaq üçün Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin diaspor sektorunun müdiri Qafar Əliyevə suallar ünvanladılar. Qafar Əliyevin Heydər Əliyevlə bağlı danışdığı xatirələr tədbir iştirakçılarında xoş təəssürat yaratdı. 

                                      

















































            
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib47 dəfə
    15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi

    Maraqlı gələ bilər
    29
    29
    37
    58